14:22 13-08-2020
news_image
1054
DÖYÜŞ NÖVLƏRİ

2 il müddətinə cəzalandırıldı - İslamiadanın qalibi

Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, Ramin Əzizov diskvalifikasiya olunub. 

İslam Həmrəyliyi Oyunlarının qalibi olan taekvondoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu, həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə yaxud istifadə cəhdi aşkarlanıb. Onun orqanizmində kannabinoidlər/ carboxy-THC maddəsi tapılıb. O, bu səbəbdən 24 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 25-dən hesablanmağa başlanılıb. 

Qeyd edək ki, AMADA daha öncə 57 idmançımıza cəza tətbiq edib.