15:14 13-08-2020
news_image
137
FUTBOL

Bekhemin klubuna keçdi – dünya çempionu

Fransa millisinin futbolçusu Blez Matuidinin yeni komandası məlum olub.

Apasport.az saytının məlumatına görə, “Yuventus”dan ayrılan 33 yaşlı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirəcək.

Çünki DÇ-2018-in qalibi MLS-də çıxış edən “İnter Mayami” ilə müqavilə imzalayıb. Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami” rəsmi saytı vasitəsilə transferi açıqlayıb və Matuidini təqdim edib.

Qeyd edək ki, Blez Matuidi “Yuventus”a 2017-ci ildə PSJ-dən keçib.