16:38 13-08-2020
news_image
128
FUTBOL

Mövsümün ən yaxşı qolu seçildi – Premyer Liqada

İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı qolu seçilib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa rəhbərliyi “Tottenhem”in yarımmüdafiəçisi Son Min-Hunu fərqləndirib.

Cənubi Koreya millisinin üzvünün XVI turda “Bernli” ilə qarşılaşmada vurduğu qol ən yaxşı seçilib. Həmin görüşdə topu meydanın özlərinə aid hissəsində qəbul edən 28 yaşlı futbolçu rəqibin bir neçə oyunçusunu aldadaraq sürətlə irəliləyib və qapıçı ilə təkbətək çıxaraq toru silkələyib.

Qeyd edək ki, “Tottenhem” ötən mövsümü 59 xalla 6-cı pillədə başa vurub.