16:49 13-08-2020
news_image
181
FUTBOL

Keçmiş komanda yoldaşını istəyir - Pirlo

“Yuventus” hücum xəttini gücləndirməyə çalışır.

Apasport.az saytının məlumatına görə, Turin klubu artıq bir neçə namizəd müəyyənləşdirib.

Onlar arasında “qoca sinyora”nın sabiq forvardı Alvaro Morata da var. Yeni baş məşqçi Andrea Pirlo 2014/15 mövsümündə çiyin-çiyinə çıxış etdiyi ispaniyalını ixtiyarında görməkdə maraqlıdır. “Atletiko”nun oyunçusunun keçidinin baş tutması maliyyə vəziyyətindən asılı olacaq. Ön xətdə digər namizəd “Roma”lı Edin Dzekodur.

Qeyd edək ki, Alvaro Morata 2014-2016-cı illərdə “Yuventus”un formasını geyinib.