17:53 13-08-2020
news_image
229
FUTBOL

Portuqaliya klubuna keçdi – “Tottenhem”dən

Belçika millisinin futbolçusu Yan Vertongenin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı mərkəz müdafiəçisi Portuqaliyada çıxış edəcək.

Mövsüm başa çatdıqdan sonra “Tottenhem”dən ayrılan Vertongen bundan sonra “Benfika”nın şərəfini qoruyacaq. O, azad agent statusu daşıdığından, yeni komandasına havayı başa gələcək.

Qeyd edək ki, Yan Vertongen karyerası ərzində “Ayaks”, “Valveyk” və “Tottenhem”in şərəfini qoruyub.