21:58 13-08-2020
news_image
270
FUTBOL

"Levandovski Messi ilə müqayisə oluna bilməz" - Kike Setyen

"Sabah çox güclü rəqibə qarşı çıxış edəcəyik. Meydanda öz sözünü demək istəyən iki komanda görəcəyik".

Apasport.az saytının məlumatına görə, bunu "Barselona"nın baş məşqçisi Kike Setyen Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə keçiriləcək oyun haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis əla mövsüm keçirən Almaniya klubunun hücumçusu Robert Levandovskinin kapitanları Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. O, argentinalının heç kimlə müqayisə olunmadığını söyləyib: "Levandovski əla futbolçudur, amma Messi ilə müqayisə oluna bilməz. Robert möhtəşəm mövsüm keçirsə də, hər kəs "Napoli" ilə matçda Messinin kim olduğunu gördü. Şadıq ki, bu iki oyunçunu sabah meydanda görə biləcəyik".

Setyen zədəsini yeni sağaldan yarımmüdafiəçi Usman Dembeleyə də bir neçə dəqiqə şans verəcəyini istisna etməyib.

Qeyd edək ki, Portuqaliyada keçiriləcək "Barselona" - "Bavariya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.