21:57 14-08-2020
news_image
743
FUTBOL

"Neftçi" "Qəbələ"yə qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının və Avropa Liqasının startına hazırlığını davam etdirən "Neftçi" yeni mövsüm öncəsi bu gün son yoxlama görüşünü keçirib.

Apasport.az saytının məlumatına görə, "ağ-qaralar" "Qəbələ"ni sınağa çəkib.

"Bakcell Arena"da baş tutan qarşılaşmada 3 qol vurulub. Bakılılar Mamadu Kane və yeni transfer Yusuf Lavalın qolları sayəsində qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində yeganə topa isə Nikolas Raysel imza atıb.

Qeyd edək ki, "Neftçi" Qəbələ toplanışı çərçivəsində "Sumqayıt"a (3:0) qalib gəlib, "Qarabağ" (0:1) və "Sabah"a məğlub olub (2:5). "Qəbələ" isə “Zirə” (0:0), “Səbail” (1:2), "Sumqayıt" (2:1) və "Sabah"la (0:2) görüşlərdə fərqli nəticələr göstərib.

Yoxlama görüşü
14 avqust
20:00. "Neftçi" - "Qəbələ" - 2:1

Qollar: Mamadu Kane, Yusuf Laval - Nikolas Raysel
"Bakcell Arena"