19:51 14-08-2020
news_image
303
FUTBOL

"Keşlə" - "Səbail" oyununda qolsuz bərabərlik - YENİLƏNİB

Premyer Liqada yeni mövsümə hazırlığını davam etdirən "Keşlə" və "Səbail" növbəti yoxlama görüşünə çıxıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubları mövsümlərarası fasilədə ikinci dəfə üz-üzə gəlib.

Qəbələ toplanışı zamanı rəqibinə məğlub olan "Səbail" Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı qarşılaşmada revanşı ala bilməyib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

Qeyd edək ki, Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə" yay fasiləsində indiyə qədər "Zirə" (1:0) və "Səbail"ə (2:0) qalib gəlib, "Qarabağ"a (1:3, 0:4) məğlub olub. "Səbail" isə Qəbələ toplanışı zamanı "Qəbələ"ni (2:1) üstələyib, "Keşlə"yə (0:2) yenilib. 

Yoxlama görüşü
14 avqust
18:00. "Keşlə" - "Səbail" - 0:0

Bakı Olimpiya Stadionunun ehtiyat meydançası