23:46 13-08-2020
news_image
114
FUTBOL

Yarımfinalı buraxa bilər - PSJ-nin qapıçısı

PSJ qapıçısı Keylor Navası itirib.

Apasport.az saytının məlumatına görə, Kosta-Rika millisinin üzvü Çempionlar Liqasının 1/4 final mərhələsində "Atalanta" (2:1) ilə görüşdə zədələnib.

Matçın 79-cu dəqiqəsində əvəzlənən 34 yaşlı qolkiperə əzələ dartılması diaqnozu qoyulub. Lakin Navas sabah tibbi yoxlamadan keçəcək və bunun nəticəsi şənbə günü açıqlanacaq. Onun Çempionlar Liqasının yarımfinal görüşünü buraxmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, PSJ-nin yarımfinal matçı avqustun 18-də keçiriləcək. Rəqib hazırda davam edən "Leypsiq" - "Atletiko" oyununun qalibi olacaq.