11:08 14-08-2020
news_image
329
FUTBOL

“Neftçi” zirvədə - 29-cu çempionatın startı ərəfəsində

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümü sayca 29-cu ölkə çempionatı olacaq. 

Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 1992-ci ildən keçirilən turnirin əvvəlki 28 mövsümündən ikisi yaz-payız, digərləri payız-yaz sistemi ilə keçirilib. 

Biri başa çatmayan 28 mövsümdə ümumilikdə 60 komanda oynayıb. Qarşıdakı mövsümdə debütant olmayacağından bu rəqəm dəyişməyəcək.

60 iştirakçıdan yalnız ikisi bütün çempionatlarda mübarizə aparıb. Bunlar “Neftçi” və “Qarabağ”dır. Ölkə çempionatları tarixinin ümumi cədvəlinə başçılıq edən bakılılar ötən mövsümün gedişində zirvəni əldən versə də, yenə Ağdam təmsilçisindən 1 xal öndə qərarlaşıb. 3-cü pillədə “Keşlə”, 4-cü sırada “Kəpəz”, 5-ci isə “Turan”dır.

Qeyd edək ki, yeni mövsüm avqustun 21-də başlayacaq.

Yer

Komanda

O

Q

H

M

T/F

X

1.

Neftçi

797

450

177

170

1395-648

1527

2.

Qarabağ

797

447

185

165

1249-645

1526

3.

Keşlə

565

270

144

151

767-523

954

4.

Kəpəz

574

266

117

191

989-666

915

5.

Turan

584

250

112

222

789-699

862

6.

Bakı

517

217

123

177

656-540

774

7.

Qəbələ

412

166

107

139

505-444

605

8.

Xəzər Lənkəran

369

160

103

106

496-338

583

9.

Şüvəlan

362

127

104

131

379-380

485

10.

Şəmkir

248

132

40

76

438-299

436

11.

Viləş

268

119

41

108

348-353

398

12.

Simurq

272

88

80

104

283-299

344

13.

Xəzər S

246

98

27

121

354-429

321

14.

ANS Pivani

214

88

45

81

291-255

309

15.

Sumqayıt

272

70

71

131

268-396

281

16.

MOİK

306

66

60

180

243-501

258

17.

Kür M

194

75

31

88

255-273

256

18.

Karvan

168

69

36

63

225-179

243

19.

Şahdağ Qs

251

59

48

144

240-486

225

20.

Şəfa

216

61

22

133

244-387

205

21.

Xəzri

114

58

29

27

173-98

203

22.

Zirə

140

53

40

47

162-164

199

23.

Pambıqçı Br

166

52

25

89

165-275

181

24.

İnşaatçı B

108

41

23

44

127-130

146

25.

MKT-Araz

84

37

22

25

89-77

133

26.

Xəzər L

110

36

25

49

117-167

133

27.

Rəvan

136

31

34

71

134-222

127

28.

Bakılı

144

31

23

90

132-274

116

29.

Azəri

86

33

14

39

111-131

113

30.

Standard

84

27

17

40

101-101

98

31.

Muğan Sl

90

25

19

46

72-120

94

32.

Daşqın

56

28

6

22

79-72

90

33.

Gənclərbirliyi

110

22

20

68

94-217

86

34.

Səbail

76

23

15

38

69-106

84

35.

Kürmük

84

23

15

46

107-196

84

36.

Göyəzən

98

21

17

60

81-174

80

37.

Avey

56

23

7

26

60-80

76

38.

İnşaatçı Sb

54

19

12

23

57-64

69

39.

Pambıqçı N

82

15

13

54

85-209

58

40.

Plastik

38

18

2

18

54-60

56

41.

Azneftyağ

54

16

8

30

50-86

56

42.

Ədliyyə

60

14

12

34

51-106

54

43.

Avtomobilçi

68

15

9

44

49-169

54

44.

Şirvan Ş

38

16

2

20

42-67

50

45.

Sabah

48

12

12

24

39-68

48

46.

Fərid

30

13

8

9

45-31

47

47.

Çıraqqala

38

15

2

21

35-68

47

48.

Ümid C

54

12

7

35

55-124

43

49.

Karat

34

12

4

18

40-62

40

50.

Araz

42

10

8

24

41-103

38

51.

Masallı

26

8

6

12

30-40

30

52.

Ümid B

24

7

4

13

26-50

25

53.

Energetik

38

7

3

28

28-91

24

54.

Bozqurd

18

4

6

8

19-30

18

55.

Neftqaz

32

4

4

24

24-80

16

56.

Lokomotiv İ

26

4

0

22

17-76

12

57.

ABN-Bərdə

26

2

6

18

12-56

12

58.

Şirvan K

38

3

1

34

10-84

10

59.

Şahdağ Qb

20

0

1

19

5-63

1

60.

Gənclik Nv

38

0

0

38

0-0

0

1. Qələbəyə görə 3 xal prinsipi ilə hesablanıb.

2. Qızıl oyunlar, həmçinin yarımfinal və final oyununun keçirildiyi matçların nəticələri cədvələ daxildir. Penaltilər seriyası nəzərə alınmayıb.

3. Texniki nəticələr top fərqinə daxil edilməyib.

4. Hər hansı komandanın çempionatdan çıxdığı üçün ləğv olunan nəticələr, həmçinin digər səbəblərdən qeydə alınmayan hesablar cədvəldə əks olunmayıb.

5. Yalnız 1992-ci ildə “Gənclik” çempionatdan çıxanda bu prinsipə əməl olunmayıb. Həmin vaxt mövsüm boyu bütün oyunlarında texniki məğlubiyyət verilib.

6. Yarımçıq qalan 2001/02 mövsümü çempionat dayandırılana qədər olan göstəricilər nəzərə alınıb.

7. Bir çox komandalar Premyer Liqada (güclülər dəstəsində) müxtəlif adlar altında çıxış edib: “ANS Pivani” (“Bakı fəhləsi”, “Nicat”), “Bakı” (“Dinamo-Bakılı”, “Dinamo”, “Polis Akademiyası”), “Kəpəz” (“Gəncə”), “Kür” (“Kür-Nur”), “Muğan” (NBC), MOİK (OİK), AZAL (“Olimpik-Şüvəlan”, “Olimpik”), “Pambıqçı” Br (“Qarabağ”), “Qarabağ” (“Qarabağ-Azərsun”), “Qəbələ” (“Gilan”), “Şahdağ” (“Neftqaz”, “Şahdağ-Samur”), “Neftqaz” (“Dalğıc ADNŞ”), “Şəfa” (Azərbaycan U-18), “Xəzər”  S (“Sumqayıt”, “Kimyaçı”), “Azneftyağ” (“Tərəqqi”), “Ümid” (“Təfəkkür Universiteti”), “Keşlə” (“Xəzər Universiteti”, “İnter”), “Xəzri” (“Xəzri-Eltac”), “Sumqayıt” (“Sumqayıt Şəhər”)

8. “Standard” əvvəl Bakını, sonra Sumqayıtı təmsil edib.

9. B – Bakı, Br – Bərdə, C – Cəlilabad, İ – İmişli, K – Kürdəmir, L – Lənkəran, M – Mingəçevir, N – Neftçala, Nv – Nəvahi, Qb – Quba, Qs – Qusar, S – Sumqayıt, Sb – Sabirabad, Sl – Salyan, Ş - Şamaxı