13:13 14-08-2020
news_image
161
FUTBOL

“Gerye qeyri-stabildir” – Haiti mətbuatı

Vild-Donald Geryenin “Qarabağ”a qayıtmağı ölkəsi Haiti mətbuatının diqqətindən yayınmayıb.

Apasport.az saytının məlumatına görə, həmkarlarımız Haiti millisinin üzvünün Avropadakı çıxışına münasibət bildirib.

Yerli KİV hesab edir ki, Gerye stabil oyunçu olmasa da, “Qarabağ”la uğur qazana bilər: “Belə bir düşüncə var ki, Gerye qeyri-stabildir. Ancaq unutmayaq ki, o, “Qarabağ”ın futbolçusudur. Ailəsi ilə birlikdə bu il də Avropada məskunlaşacaq və komandası ilə uğur qazanmağa çalışacaq. Geryeli “Qarabağ”ın ilk sınağı Çempionlar Liqasında “Sileks”lə oyun olacaq”.

Qeyd edək ki, Vild-Donald Gerye bu yay “Neftçi”dən “Qarabağ”a keçib.