13:41 14-08-2020
news_image
104
FUTBOL

Qapıçı transferi - "Keşlə"dən

“Keşlə” növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bir qədər əvvəl “Səbail”dən ayrılan qapıçı Kamal Bayramov paytaxt təmsilçisi ilə anlaşıb. 35 yaşlı qolkiper yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Bayramov ötən mövsüm Premyer Liqada 11 oyun keçirib. 

Qeyd edək ki, “Keşlə” buna qədər yay fasiləsində Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots və Silvio Rodrigez Perreyra Juniorla heyətini gücləndirib.