14:08 14-08-2020
news_image
135
FUTBOL

2 futbolçusu koronavirusa yoluxdu – “Qalatasaray”ın

"Qalatasaray" klubunda 2 nəfər koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yoluxanlardan hər ikisi futbolçudur və onların koronavirus testinin nəticəsi pozitiv çıxıb. Adları açıqlanmayan oyunçular karantinə alınıb və müayinələrinə başlanılıb.

Qeyd edək ki, dünən "Fənərbaxça"da 2 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.