14:31 14-08-2020
news_image
161
FUTBOL

“Tək düşüncəmiz...” – “Sabah”ın baş məşqçisi

“Çempionatın ilk turunda “Qarabağ”a rəqib olmağımızla bağlı deyəcək çox şey yoxdur”.

Bunu apasport.az saytına “Sabah”ın yeni baş məşqçisi Visente Qomes deyib.

İspaniyalı mütəxəssis Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatmasını dəyərləndirib. 49 yaşlı çalışdırıcı açılış turunda hansı komanda ilə qarşılaşmağın onlar üçün elə də fərq etmədiyini söyləyib: “Çempionatda, onsuz da, bütün komandalarla qarşılaşacağıq. Hansısa rəqiblə ilk turda da oynaya bilərik, dövrənin sonunda da. Bizim tək düşüncəmiz bütün oyunlara hazırlıqlı olmaqdır”.

Qeyd edək ki, avqust 22-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Sabah” oyunu 20:00-da başlayacaq.