15:20 14-08-2020
news_image
199
FUTBOL

Albaniyadan qayıdan futbolçunu icarəyə götürdü – “Sumqayıt”

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir oyunçunu heyətinə cəlb edib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Eltun Turabovla anlaşıb.

“Kimyaçılar” 23 yaşlı orta sahə oyunçusunu paytaxt klubundan 1 illik icarəyə götürüb. U-21 millimizin sabiq oyunçusu ötən mövsümü icarə əsasında Albaniya təmsilçisi “Bilis”də keçirib. “Qarabağ”ın yetirməsi olan Turabov “Sabah”a 2018-ci ildə üz tutub.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində buna qədər Tellur Mütəllimov, Elvin Məmmədov və Kərəm Sultanovla müqavilə imzalayıb.