16:58 14-08-2020
news_image
235
FUTBOL

İsveçli hücumçunu transfer etdi – “Milan”

“Milan” yeni futbolçu transferini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu “Hammarbü”nün hücumçusu Emil Robakı heyətinə qatıb.

17 yaşlı mərkəz hücumçusunun keçidi “rossonyerlər”ə 1,5 milyon avroya başa gəlib. Robak yeni komandasına sentyabrın 1-də qoşulacaq. O, əvvəlcə A seriyası təmsilçisinin U-19 komandasında çıxış edəcək.

Qeyd edək ki, Emil Robak İsveçin U-16 və U-17 yığmasında çıxış edib.