17:10 14-08-2020
news_image
151
FUTBOL

Ölkə çempionatı dayandırıldı - Moldovada

Moldova çempionatı dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb ölkədə koronavirus infeksiyasının yayılmasıdır.

Moldova Futbol Federasiyasının Fövqəladə Komitəsi bir neçə klubun müraciətini nəzərə alaraq, təcili toplantı keçirib. İclasda IX və X turun təxirə salınması qərara alınıb. Çempionatda mübarizə sentyabrın 11-də bərpa olunacaq və həmin gün IX turun oyunları keçiriləcək. Federasiya mövsümün təqvimini tamamilə yeniləmək məcburiyyətində qalacaq.

Federasiya avrokuboklarda iştirak edəcək klubların çıxışında təhlükə yaranmaması üçün beynəlxalq oyunlardan əvvəl onlara vəziyyətə uyğun olaraq karantin rejimində hazırlaşmağı tövsiyə edib. Həmçinin bazası olmayan və ölkəni avrokuboklarda təmsil edəcək klublar milli komandaya məxsus meydançalarda pulsuz hazırlıq keçə biləcəklər. 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında Şimali Makedoniya “Sileks”ini keçərsə, II təsnifat mərhələsində Moldova çempionu “Şerif”lə qarşılaşa bilər. Bu, sonuncuların Lüksemburq “Fola”sını məğlub edəcəyi halda rəsmiləşəcək.