17:37 14-08-2020
news_image
2415
FUTBOL

“Srvena Zvezda”nın və Serbiya millisinin hücumçusunu istəyir – “Qarabağ”

Azərbaycan çempionu “Qarabağ” “Srvena Zvezda”nın futbolçusu Milan Pavkovu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdam klubu hücum xəttini 26 yaşlı forvardla gücləndirməkdə maraqlıdır. Hətta oyunçu özü də bu keçidin əleyhinə deyil. Ancaq Serbiya millisinin üzvünün yüksək məvacib tələb etdiyi vurğulanıb.

Qeyd edək ki, Milan Pavkov 2017-ci ildən “Srvena Zvezda”dan formasını geyinir. 2018/19 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”la oyunda qol vuran Pavkov ötən il Serbiya yığmasının heyətində Almaniya ilə qarşılaşmada 90 dəqiqə meydanda olub.