17:54 14-08-2020
news_image
200
FUTBOL

“9 nömrə”sini təqdim etdi – “Sumqayıt”

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sumqayıt” daha bir transferini təqdim edib.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Sepahan”ın hücumçusu Əli Qurbanini heyətinə qatdığını videorolik şəklində yayıb.

Yeni komandası ilə 1+1 illik müqavilə imzalayan 29 yaşlı forvard 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Əli Qurbani “Sumqayıt”ın yay fasiləsində 5-ci transferi olub. Ona qədər Tellur Mütəllimov, Elvin Məmmədov, Kərəm Sultanov və Eltun Turabov “kimyaçılar”la anlaşıb.