
16:42
Şimali Makedoniya çempionatında II tura start verilib.
Apasport.az saytının məlumatına görə, "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" növbəti oyununa çıxıb.
İlk turda səfərdə "Belasika" üzərində səfərdə 6:0 hesablı qələbə qazanan Kratovo təmsilçisi bu dəfə digər debütant "Pelister"i qəbul edib. Qonaqlar erkən qolla hesabı açsa da, 43-cü dəqiqədə Burhan Mustafov bərabərlik topunu vurub.
53-cü dəqiqədə İvan İvanovski "Sileks"i önə keçirib. Lakin Qoran Simovun yetirmələri üstünlüyü sona qədər qoruya bilməyib. "Pelister" 76-cı dəqiqədə matçda son nöqtəni qoyub - 2:2.
Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.