21:54 14-08-2020
news_image
82
FUTBOL

Koronavirusa yoluxdu - Samuel Umtiti

"Barselona"da daha bir futbolçu koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, mərkəz müdafiəçisi Samuel Umtitinin koronavirus testi pozitiv çıxıb. Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə oyun üçün Portuqaliyaya aparılmayan fransalı oyunçu karantinə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona"nın digər müdafiəçisi Jan-Kler Todibo da koronavirusa yoluxub.