
00:17
"Mançester Siti"nin hücumçusu Serxio Aqueronun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard Çempionlar Liqasının 1/4 final mərhələsində "Lion"la matçı buraxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 32 yaşlı qolçu hazırda Barselonada zədəsini sağaltmaqla məşğuldur. İyunun 22-də "Bernli" ilə çempionat görüşündə dizindən zədələnən Aquero əməliyyat olunub.
Qeyd edək ki, "Mançester Siti" - "Lion" oyunu avqustun 15-də keçiriləcək.