00:00 15-08-2020
news_image
177
FUTBOL

"Güclənməyə ehtiyac var" - Elmar Baxşıyev

"Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi" ilə keçirilən yoxlama görüşündən sonra deyib.

40 yaşlı mütəxəssis komandasının 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirib. O, heyəti gücləndirməyin vacibliyini vurğulayıb: "Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq. Oyundan-oyuna komanda istədiyimizi meydanda göstərməyə başlayır. Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir".

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasının I turunda avqustun 23-də "Zirə"ni qəbul edəcək.