10:50 15-08-2020
news_image
249
FUTBOL

Transfer planı baş tutmadı - "Neftçi"nin rəqibinin

"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi"nin transfer planı baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, Şimali Makedoniya təmsilçisi "Vardar"ın yarımmüdafiəçisi Daniel Avramovskini heyətinə qata bilməyib.

Çair klubu 25 yaşlı pleymeykerə təklif göndərsə də, Avramovski legioner həyatı yaşamağı üstün tutub. Şimali Makedoniya millisinin üzvü "Kayserispor"la müqavilə bağlayıb. Bu keçid Türkiyə klubuna 150 min avroya başa gəlib.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu 20:00-da başlayacaq.