14:13 15-08-2020
news_image
333
FUTBOL

Azərbaycan klubuna rəqib olmaq istəmir - "Tottenhem"

İngiltərə Premyer Liqasında 6-cı yeri tutan "Tottenhem" Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Apasport.az saytının məlumatına görə, xarici KİV London klubunun qrupa gedən yolda şanslarını dəyərləndirib.

Həmkarlarımız Joze Mourinyonun yetirmələri üçün arzuolunan və arzuolunmaz rəqibləri sıralayıb. Maraqlıdır ki, ingilislər "Tottenhem"in III mərhələdə Azərbaycan təmsilçiləri ilə qarşılaşmasını istəmir. Bu, heç də klublarımızın gücü ilə bağlı deyil. Premyer Liqa komandası uzun səfər ehtimalını nəzərə alaraq, Azərbaycan və Ukrayna təmsilçilərinə rəqib olmağı arzulamır.

Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi", "Keşlə" və "Sumqayıt" I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.