14:48 15-08-2020
news_image
233
FUTBOL

Vida məktubu ilə karyerasını bitirdi - Əmrə Belözoğlu

Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Əmrə Belözoğlu karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bu barədə 40 yaşlı yarımmüdafiəçi özü bildirib.

"Qalatasaray"ın yetirməsi vida məktubu yazaraq yaşıl meydanla vidalaşıb: "Çətin qərar olsa da, həyatın həqiqətlərini başa düşürəm. Hər bir vida yeni başlanğıca vəsilədir. Futbola töhfə verməkdə davam edəcəyəm".

Belözoğlu bundan sonra "Fənərbaxça"nın idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, karyerasına "Qalatasaray"da başlayan Əmrə Belözoğlu "İnter", "Nyukasl", "Fənərbaxça", "Atletiko" və "Başakşəhər"in formasını geyinib.