15:33 15-08-2020
news_image
194
FUTBOL

"Çelsi"yə qiymət oxundu - 80 milyon

"Çelsi" transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, London klubu müdafiənin sol cinahını gücləndirmək niyyətindədir.

"Zadəganlar"ın bir nömrəli hədəfi "Lester"li Benjamin Çiluelldir. 23 yaşlı oyunçunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. "Lester" aparıcı oyunçusunu 80 milyon funt-sterlinqə sata biləcəyini vurğulayıb.

Qeyd edək ki, Benjamin Çiluell ötən mövsüm Premyer Liqada 27 oyun keçirib, 3 qol, 3 assist edib.