
00:18
"Real" yarımmüdafiəçisi Reynyeri icarəyə verib.
Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu növbəti mövsümü Dortmund "Borussiya"sında keçirəcək.
Klublar arasında razılığa əsasən, 18 yaşlı hücumameyilli oyunçu 2022-ci ilin yayına qədər Bundesliqa klubunda icarədə oynayacaq.
Qeyd edək ki, "Real" Reynyeri bu ilin əvvəlində 30 milyon avro qarşılığında "Flamenqo"dan transfer edib. Gənc futbolçunun "kral klubu" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.