22:49 15-08-2020
news_image
70
FUTBOL

Koronavirusa yoluxma - La Liqa klubunda

İspaniyanın daha bir klubunda koronavirus pandemiyası aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, "Real Sosyedad" iki nəfərin virusa yoluxduğunu açıqlayıb.

Cümə günü futbolçular, texniki heyət və klub işçiləri testdən keçiblər. İki nəfərin testinin pozitiv çıxdığı və onların karantinə alındığı bildirilib. Lakin həmin şəxslərin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, "Real Sosyedad" 2019/20 mövsümündə La Liqanı 6-cı pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb.