23:21 15-08-2020
news_image
184
FUTBOL

Türkiyə klubu ilə yeni müqavilə bağladı - millimizin sabiq üzvü

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, sol cinah müdafiəçisi klubu "Altınordu" ilə başa çatan müqaviləsini yeniləyib.

30 yaşlı oyunçu TFF I liqa təmsilçisi ilə yeni 1 illik sazişə qol çəkib. Ufuk artıq kollektivlə birlikdə məşqlərə qoşulub. Beləliklə, İzmir təmsilçisi sözləşmə müddəti başa çatan 6 oyunçudan yalnız yığmamızın keçmiş üzvünü komandada saxlayıb.

Qeyd edək ki, ötən il "Boluspor"dan "Altınordu"ya keçən Ufuk Budak 23 çempionat matçında iştirak edib, 1 məhsuldar ötürmə verib.