10:57 16-08-2020
news_image
118
FUTBOL

1/4 finalın ən yaxşısı adına namizədlər - Çempionlar Liqasında

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA 1/4 final matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.

Bunlar Neymar (PSJ), Dayot Upamekano ("Leypsiq"), Tomas Müller ("Bavariya") və Mussa Dembeledir ("Lion"). Adıçəkilən futbolçuların hamısının komandası yarımfinala adlayıb.

Qeyd edək ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsi sabah açıqlanacaq.