12:03 16-08-2020
news_image
574
FUTBOL

Messiyə ilk təklif - İngiltərədən

"Barselona"nın kapitanı Lionel Messi komandasını tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz artıq ilk təklifini alıb.

Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya rüsvayçı məğlubiyyətdən (2:8) sonra ayrılmaq fikrinə düşən Leo yenidən "Mançester Siti"nin gündəmindədir. Baş məşqçi Pep Qvardiola keçmiş yetirməsini mütləq komandasında görmək niyyətindədir. "Şəhərlilər" 33 yaşlı oyunçu üçün tələb olunan bütün maliyyə şərtlərini qarşılamağa hazırdır.

Ancaq "Barselona" rəhbərliyi də onu saxlamaq istəyir. Kataloniyalılar komandanı yenidən qurmağı, ən azı 7 futbolçusunu satmağı planlaşdırır. İspaniya nəhəngi yeni qurulacaq kollektivi Mark-Andre ter Ştegen, Frenki de Yonq, Ansu Fati, Riki Puç və Lionel Messinin ətrafında toplamaq istəyir.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.