12:15 16-08-2020
news_image
361
FUTBOL

Braziliyalı müdafiəçi aldı - "Keşlə"

Avropa Liqasında ölkəmizi təmsil edəcək "Keşlə" növbəti transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi braziliyalı müdafiəçi Artur Batista de Souza ilə heyətini gücləndirib.

26 yaşlı sol cinah müdafiəçisi qəsəbə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Son iki ildə formasını geyindiyi Ukrayna "Vorskla"sından yenicə ayrılan de Souza "Keşlə"yə havayı başa gəlib. O, son iki mövsümdə 29 oyun keçirib, 3 məhsuldar ötürmə verib.

Ölkəsində "İnternasional" klubunun yetirməsi olan Artur Batista de Souza peşəkar karyerasında həmçinin "Ponte Preta", "Braziliya Pelotas" və "Krisiuma"da çıxış edib.

Qeyd edək ki, "Keşlə" yay fasiləsində Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior və Kamal Bayramovu da heyətinə qatıb.