12:49 16-08-2020
news_image
128
FUTBOL

72 milyona razı saldı - "Çelsi"

"Çelsi" "Lester"in müdafiəçisi Benjamin Çiluellin transferini, nəhayət ki, reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, "zadəganlar" bu keçid üçün qarşı tərəflə ortaq məxrəcə gələ bilib.

Razılığa əsasən, transfer "Lester"ə 72 milyon avro qazanc gətirəcək. 23 yaşlı sol cinah müdafiəçisi sabah London klubunda tibbi müayinədən keçəcək. Bunun ardından "zadəganlar"ın transferi bəyan etməsi gözlənilir.

Qeyd edək ki, "Çelsi" yay fasiləsində həmçinin Hakim Ziyeş ("Ayaks") və Timo Verneri ("Leypsiq") heyətinə qatıb. "Bayer"in yarımmüdafiəçisi Kay Haverts üçün isə danışıqlar davam edir.