13:12 16-08-2020
news_image
93
FUTBOL

Daha bir nəfər koronacirusa yoluxdu - "Barselona"da

Çempionlar Liqasını rüsvayçı məğlubiyyətlə tərk edən "Barselona" indi də koronavirus pandemiyası ilə mübarizə aparır.

Apasport.az saytının məlumatına görə, klubda daha bir nəfər karantinə alınıb.

Məsələ burasındadır ki, koronavirus infeksiyasına yoluxduğu açıqlanan müdafiəçi Samuel Umtitinin son günlər ən çox təmasda olduğu idman direktoru Erik Abidal karantinə alınıb. Lissabondan Barselonaya şəxsi avtomobili ilə yollanan 40 yaşlı sabiq müdafiəçi uğursuzluğun ardından istefa verməyə hazır olduğunu da bildirib.

Qeyd edək ki, bundan əvvəl "Barselona"nın digər müdafiəçisi Jan-Kler Todibo koronavirusa yoluxub.