13:36 16-08-2020
news_image
189
FUTBOL

Rumıniya klubuna keçdi - "Zirə"dən ayrılan futbolçu

Yay fasiləsində "Zirə"dən ayrılan Adrian Skarlatakenin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı mərkəz müdafiəçisi karyerasını ölkəsi Rumıniyada davam etdirəcək.

Yüksək liqa təmsilçisi "Hermannştadt" rəsmi saytı vasitəsilə Skarla ilə müqavilə imzalandığını bəyan edib. Lakin onun sözləşmə detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycanda "Xəzər Lənkəran" və "Keşlə" klublarında da çıxış etmiş Adrian Skarlatake son 2 ili "Zirə"də keçirib.