14:18 16-08-2020
news_image
112
FUTBOL

Koronavirusa yoluxma - daha bir La Liqa klubunda

İspaniyanın daha bir klubunda koronavirus pandemiyası faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə "Eybar" bir nəfərin infeksiyaya yoluxduğunu bəyan edib.

Məlumatda bildirilir ki, klub nümayəndələrindən birinin koronavirus testi pozitiv nəticələnib. Həmin şəxs dərhal karantinə alınıb.

Qeyd edək ki, İspaniyada "Barselona" və "Real Sosyedad" klublarında da virusa yoluxma olub.