18:20 16-08-2020
news_image
211
FUTBOL

Son məşq və mətbuat konfranslarının vaxtı açıqlandı - "Qarabağ" - "Sileks" matçının

Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Qarabağ" - "Sileks" (Şimali Makedoniya) oyunundan öncə son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, avqustun 17-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

18:30-da komanda "Azersun Arena"da oyunöncəsi son məşqə çıxacaq. 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Sileks"in baş məşqçisinin mətbuat konfransı olacaq. 20:00-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək görüş 20:00-da başlayacaq.