23:12 16-08-2020
news_image
203
FUTBOL

Satacağı superulduzu müəyyənləşdirdi - "Yuventus"

"Yuventus"un satmağı düşündüyü ulduz futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Kriştianu Ronaldo və Paulo Dibala arasında seçim etməli olan rəhbərlik portuqaliyalını saxlamaq qərarına gəlib.

"Qoca sinyora" Dibalanın yüksək məvacibini nəzərə alaraq, onunla yolları ayırmağı planlaşdırır. Argentinalının həm yüksək məbləğdə maaşından qurtulmaq, həm də yeni transferlərə büdcə yaratmaq üçün italyanlar superulduza təxminən 90-100 milyon avro qiymət qoyub. Yeni baş məşqçi Andrea Pirlo da 26 yaşlı oyunçunu toxunulmaz hesab etmir.

Qeyd edək ki, 2015-ci ildən "Yuventus"da çıxış edən Paulo Dibala ötən mövsüm 33 matçda iştirak edib, 11 qol, 6 assistlə yadda qalıb. Onun müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.