23:34 16-08-2020
news_image
203
FUTBOL

Bakı səfəri öncəsi koronavirus testinin nəticəsini açıqladı - "Sileks"

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sileks" Bakı səfəri öncəsi koronavirus testindən keçib.

Apasport.az xəbər verir ki, bu barədə Şimali Makedoniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bütün futbolçu, məşqçi heyəti və rəhbərlik testdən keçib, hamıda nəticə neqativ çıxıb. Bu səbəbdən "Sileks"in Bakıya gəlməsində heç bir maneə qalmayıb.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq.