00:03 17-08-2020
news_image
164
FUTBOL

Premyer Liqanı arzulayır - "Real"ın futbolçusu

"Real"ın yarımmüdafiəçisi Hames Rodriges oynamaq istədiyi ölkənin adını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumameyilli oyunçu İngiltərə Premyer Liqasında çıxış etməyi arzulayır.

Kolumbiya millisinin üzvü artıq "Real"dan ayrılmaqda qərarlıdır: "Oynaya biləcəyim, xoşbəxt olacağım və hamının məni sevəcəyi yerə getmək istəyirəm. Bu, İtaliya, İspaniya və ya İngiltərə ola bilər. Bu sualın cavabını hələ bilmirəm. A seriyası və Premyer Liqa istisna olmaqla, bir neçə yaxşı liqada oynamışam. İngiltərəyə getmək yaxşı olardı. Çünki ən yaxşı çempionat oradadır. Bu il başqa kluba keçmək istədim, "Real" buraxmadı. Bilirdim ki, bu mövsüm özümü sübut etmək üçün çox imkanım olmayacaq".

Qeyd edək ki, Hames Rodrigesin "Real"la müqavilə müddəti gələn ilin yayına qədərdir.