09:07 17-08-2020
news_image
192
FUTBOL

Barselonaya yollandı – baş məşqçiliyə namizəd

Uğursuz mövsümün ardından Kike Setyeni istefaya göndərmək qərarına gələn “Barselona” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun bu posta əsas namizədlərindən olan Ronald Kumanın Barselonaya yollanması şübhələri artırıb.

Niderland millisinin çalışdırıcısı dünən Barselona Hava Limanında olarkən görüntülənib. Ancaq 57 yaşlı mütəxəssis gələn il keçiriləcək AVRO-2020-də Niderland millisinin sükanı arxasında olmalıdır və bu amil onun təyinatına mane ola bilər. Kuman özü də məhz Avropa çempionatından sonra sevimli komandasında işləmək arzsusunda olduğunu dəfələrlə etiraf edib.

Qeyd edək ki, bu gün “Barselona”da idarə heyətinin növbədənkənar iclası keçiriləcək.