09:48 17-08-2020
news_image
161
FUTBOL

Azarkeş dəstəyindən məhrum qalmadı – “Şkupi”

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şkupi” Şimali Makedoniya çempionatının II turunda “Makedoniya GP” üzərində 3:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən oyunlar tamaşaçısız keçirilməsinə baxmayaraq, “Şkupi” azarkeş dəstəyindən məhrum olmayıb.

Çair stadionunun ətrafındakı binaların damlarına çıxan yerli fanatlar “Şkupi”yə tribunalardakı kimi dəstək nümayiş etdiriblər. Hətta plakat asılıb və petardalar yandırılıb. Muharem Bayraminin yetirmələri də buna qalibiyyətlə qarşılıq verib.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da start götürəcək.