10:47 17-08-2020
news_image
172
FUTBOL

Qvardiolanın alternativini seçdi – “Mançester Siti”

Bu mövsüm İngiltərə Liqa Kubokunu qazanmaqla kifayətlənən “Mançester Siti” baş məşqçi postunda dəyişiklik edə bilər.

Apasport.az saytının məlumatına görə, hazırkı çalışdırıcı Pep Qvardiola müqavilə müddətinin sonunda komandanı tərk etməyi planlaşdırır.

Çempionlar Liqasının 1/4 final mərhələsində “Lion”a məğlubiyyətə baxmayaraq, rəhbərlik ispaniyalını saxlamağı düşünsə də, Qvardiola buna müsbət yanaşmır. Bu səbəbdən “şəhərlilər” indidən yeni baş məşqçi axtarışına çıxıb. Bu posta ilk namizəd də artıq məlumdur. Bu, “Tottenhem”dən ayrıldıqdan sonra işsiz qalan Maurisio Poçettinodur. Qvardiola yekun qərarını dəyişməsə, Premyer Liqa təmsilçisi indidən argentinalının ilkin razılığını almağa çalışacaq.

Qeyd edək ki, Pep Qvardiolanın “Mançester Siti” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.