10:48 17-08-2020
news_image
151
FUTBOL

Maksim Medvedev fərqi – Azərbaycan çempionatlarında

Azərbaycan çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçu Maksim Medvedevdir. 

Apasport.az saytının məlumatına görə, o, “Qarabağ”ın heyətində 285 dəfə Premyer Liqa matçına çıxıb. 

Onun sabiq komanda yoldaşı Aslan Kərimov Ağdam təmsilçisində 268 görüşdə iştirak edib. İlk “üçlüy”ü “Xəzər Lənkəran”da 254 oyunda forma geyinən Rahid Əmirquliyev qapayır. Lakin Maksimdən fərqli onun hər iki izləyicisi ayrı-ayrı illərdə digər klublarda da oynamağa imkan tapıb.

Bir komandada ən çox oyun keçirən 10 futbolçunun siyahısında “Qarabağ”ın futbolçuları çoxluq təşkil edir. Ağdamlıların 6 oyunçusu bu siyahıya düşüb. “Turan”da iki, “Viləş”lə “Xəzər Lənkəran”da bir futbolçu fərqlənib.

İlk “onluq”da yeganə legioner Ansi Aqollidir. “Qarabağ”ın albaniyalı müdafiəçisinin aktivində 223 matç var.

Qeyd edək ki, ilk 10 sırada yer alanlardan yalnız Maksim indi də eyni komandanın şərəfini qoruduğundan nəticəsini daha da artıra bilər.

1

Maksim Medvedev

Qarabağ

285

2

Aslan Kərimov

Qarabağ

268

3

Rahid Əmirquliyev

Xəzər Lənkəran

254

4

Sakit Alıyev

Turan

248

5

Müşfiq Hüseynov

Qarabağ

244

6

Nizami Sadıqov

Turan

237

7

Səttar Əliyev

Qarabağ

230

8

Yaşar Hüseynov

Qarabağ

226

9

Ansi Aqolli

Qarabağ

223

10

Müşfiq Vəliyev

Viləş

221