11:52 17-08-2020
news_image
166
FUTBOL

“Möcüzələrə inanmalıyıq” - Qoran Simov

“Pelister”lə oyundakı məyusedici nəticədən sonra psixoloji cəhətdən özümüzə gəlməyə çalışırıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Sileks”in baş məşqçisi Qoran Simov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali Makedoniya təmsilçisi oyun üçün Bakıya yola düşüb. Baş məşqçisi səfər matçı ilə bağlı yerli mətbuata təəssüratlarını bölüşüb: “Hər şeyi geridə qoyduq və indi yalnız “Qarabağ”la oyuna köklənmişik. Oyunçuları heç nədə günahlandırmıram. İstəyirəm ki, meydanda ən yaxşısını versinlər. Möcüzələrə inanmalıyıq, çünki futbolda da eyni şeylər tez-tez baş verir. Seçmə mərhələ bir matçdan ibarətdir. İntizamlı və yüksək səviyyəli oynasaq, bunun mükafatını alacağıq”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” görüşü saat 20:00-da başlayacaq.