13:24 17-08-2020
news_image
96
FUTBOL

“Tottenhem”ə keçdi – Co Hart

İngiltərə millisinin sabiq qapıçısı Co Hart komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı qolkiper yeni mövsümdən “Tottenhem”in uğurları üçün çalışacaq.

“Bernli”dən yenicə ayrılan qolkiper bu gün London klubunda tibbi müayinədən keçib. Hazırda azad agent statusu daşıyan Hartın tezliklə “Tottenhem”ə keçidinin açıqlanması gözlənilir.

Qeyd edək ki, Co Hart 2018-ci ildən indiyə qədər “Bernli”nin formasını geyinib.