13:33 17-08-2020
news_image
183
FUTBOL

Dadaşov üçün görüş günü - İngiltərə klublarının

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov avqustun sonlarında klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Çempionşip təmsilçisi "Koventri" "Vulverhempton"un forvardını icarəyə götürmək üçün qarşı tərəflə görüş gününü müəyyənləşdirib.

"Koventri" təlim-məşq toplanışı çərçivəsində avqustun 25-də "Vulverhempton"la yoxlama görüşü keçirəcək. Məhz həmin gün aşağı liqa təmsilçisi Dadaşovun keçidini reallaşdırmaq üçün Premyer Liqa klubunun rəsmiləri ilə görüşəcək. "Koventri" həm yığmamızın üzvü, həm də "Vulverhempton"un yarımmüdafiəçisi Ouen Otasoieni heyətinə cəlb etməkdə maraqlıdır.

Qeyd edək ki, "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Renat Dadaşov əsas komandada hələ debüt etməyib.