13:49 17-08-2020
news_image
101
FUTBOL

İspaniya klubunda qalacaq - millimizin üzvü

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun gələcəyi ilə bağlı yekun qərar verilib.

Apasport.az saytının məlumatına görə, "Albasete" klubu 28 yaşlı orta sahə oyunçusunu komandada saxlamağı məqsədəuyğun bilib.

La Liqa-2 klubunun baş məşqçisi Lukas Alkaraz yığmamızın üzvünün növbəti mövsüm də ixtiyarında olmasını istəyib. Çalışdırıcı istənilən sistemdə Eddini start heyət oyunçusu kimi görür. Ancaq baş məşqçi İsrafilovun yanına yaradıcı bir yarımmüdafiəçinin alınmasını tələb edib.

Qeyd edək ki, Eddi İsrafilovun "Albasete" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.