15:31 17-08-2020
news_image
502
FUTBOL

“Neftçi”yə keçidi baş tutmadı – macarıstanlı hücumçunun

“Neftçi”nin macarıstanlı hücumçu Soma Novotnını heyətinə cəlb etmək istəyi baş tutmayıb.

Apasport.az xəbər verir ki, bu barədə “csakfoci.hu” saytı məlumat yayıb.

Yerli klubların yay transfer hərəkatını dəyərləndirən həmkarlarımız “Uypeşt”dən ayrılan, hazırda azad agent statusu daşıyan 26 yaşlı forvardın Bakı klubu ilə danışıqlarının uğursuz nəticələndiyini və razılığın əldə olunmadığını vurğulayıblar.

Qeyd edək ki, 2017-ci ilin yayından bəri “Uypeşt”də çıxış edən Soma Novotnı 2018-ci ildə Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi”yə qarşı oyunlarda iştirak edib.